M.Uebber uik-endin başlamasını nikbinliklə gözləyir

Bu gün Sepanqda Mark Uebber jurnalistlərə bildirib ki, mövsümün ilk Qran Prisində yaranmış problemlərin təkrarını gözləmir. Melburnda Mark komanda yoldaşından […]

Bu gün Sepanqda Mark Uebber jurnalistlərə bildirib ki, mövsümün ilk Qran Prisində yaranmış problemlərin təkrarını gözləmir. Melburnda Mark komanda yoldaşından aşkar yavaş idi, amam yarışdan sonra komanda avstraliyalı sürücünün maşınında bir neçə problemin olmasını müəyyən edib və qarşıdakı yarışda o yenə də rəqabətədavamlı olmalıdır.

Mark Uebber: “Biz maşında bir neçə problem müəyyən etdik, amma mən arxada qalan yarış barədə danışmaq istəmirəm. İndi biz Malayziyadayıq və mən əminəm ki, bu dəfə yaxşı çıxış edəcəm. Keçən il biz bu yarışda uğurla çıxış etmişdik, iki həftə əvvəl maşınımız Qran Pridə birinci olub – baxaq görək bu dəfə necə olacaq.

Sepanqada asfaltın temperaturu yüksək olur, biz təkərin hansı sürətlə yeyilməsini müəyyən etməliyik. Mən bilmirəm ki, Pirelli İstanbulda hansı proqram üzrə işləyirdi, amma məncə, bu dəfə onları ekstremal hava şəraiti gözləyir.

KERS? Cümə günü maşına qoyacayıq və başa düşəcəyik ki, sonra necə olacaq. Biz sistemi Melburndan sonra yoxlamamışıq, amma əgər sistem etibarlı olsa, onda çənbə və bazar günləri də istifadə edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*