21 Oktyabr 2018, Bazar - 16:49

Monako-2018: Sürücülərin cərimə balları və rəsmi xəbədarlıqları

Monako-2018: Sürücülərin cərimə balları və rəsmi xəbədarlıqları

Müəllif: Elçin Zodorov, redaktor

08:03 - 28 May, 2018

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xəbər verir ki, stüardlar ilk beş yarışdan fərqli olaraq, bu dəfə heç kimin hesabına cərimə balı yazmayıblar. Növbəti yarış iki həftə sonra baş tutacaq və bu müddətdə sürücülərin keçən il Monakoda aldıqları cərimə balları ləğv ediləcək – Serxio Peres və artıq karyerasını başa vurmuş Censon Battonun hesabından 2 xal silinəcək. Beləliklə, britaniyalı sabiq sürücü cərimə ballarından tamamilə “təmizlənmiş” olacaq. Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə
126Daniil Kvyat72 (Kanada, 2017)2 (Avstriya, 2017)2 (Britaniya, 2017)1 (Macarıstan, 2017)
220Kevin Maqnussen72 (Kanada, 2017)2 (Macarıstan 2017)1 (ABŞ, 2017)2 (Azərbaycan, 2018)
39Markus Eriksson72 (ABŞ, 2017)3 (Çin, 2018)2 (Azərbaycan, 2018)
533Maks Ferstappen52 (Macarıstan, 2017)1 (ABŞ, 2017)2 (Çin, 2018)
68Roman Qrojan51 (Meksika, 2017)2 (Braziliya, 2017)2 (İspaniya, 2018)
728Brendon Hartli44 (Bəhreyn, 2018)
811Serxio Peres31 (Belçika, 2017)2 (Azərbaycan, 2018)
819Felipe Massa33 (Belçika, 2017)
92Stoffel Vandorn32 (Avstriya, 2017)1 (İspaniya, 2018)
105Sebastyan Fettel33 (Azərbaycan, 2017)
117Kimi Rəykkönen33 (Belçika, 2017)
1214Fernando Alonso22 (Yaponiya, 2017)
1355Karlos Sayns22 (Kanada, 2017)
1535Sergey Sirotkin22 (Azərbaycan, 2018)
1610Pyer Qasli22 (Çin, 2018)
173Daniel Rikkardo22 (Avstraliya, 2018)
1818Ləns Stroll11 (ABŞ, 2017)
1927Niko Hülkenberq11 (Əbu Dabi, 2017)
2030Colion Palmer11 (İtaliya, 17)

 

Rəsmi xəbərdarlıqlarda vəziyyət bu dəfə dəyişməyib.

Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.

YerNSürücüTras üzərindəTrasdan kənardaÜmumi
133Maks Ferstappen101
23Daniel Rikkardo101
320Kevin Maqnussen101

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər , , ,
Paylaş

logo