23 İyul 2018, Bazar ertəsi - 04:15

Mixael Şumaxer barədə nələri bilmirik?

Mixael Şumaxer barədə nələri bilmirik?

Müəllif: Rauf Hacıyev, redaktor

20:34 - 01 Fevral, 2017

Ferrari komandasının sabiq rəhbəri Jan Todt bildirib ki, Şumaxerin italyanların heyətində 5 dəfə çempion olduğu illər Ferrari-nin ən gözəl illəri olub və almaniyalı komandaya gəlməmişdən əvvəl çətin dövrlər yaşayıb.

F-1.az xatırladır ki, Şumaxer Ferrari-yə 1996-cı ildə transfer olunmuş və 2000-ci ildə “qırmızılar”ın 21 illik çempionluq həsrətinə son qoymuşdu. Şumaxer bu müddətdə komanda ilə birlikdə çox işləyərək, çatışmazlıqları aradan qaldırmışdı.

Jan Todt: “Mixael həmişə çox peşəkar idi və hər xırdalığa fikir verirdi. Bəzən əsəbiləşirdi, amma eyni zamanda yuxarı pillələrə yüksəlmək üçün əlindən gələni etdiyinə əmin olurdunuz. Bəzi insanlar onun özündən razı olduğunu düşünürdülər, amma o bəzi mövzularda utancaq idi.

Mükəmməl adam idi. Hazırda etdiyi kimi həmişə mübarizə aparardı. Həm yaxşı, həm də pis günlərimiz oldu. Nə qədər çox xatırlasanız, o qədər çətin olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 750
Teqlər , ,
Paylaş

logo