16 Dekabr 2017, Şənbə - 20:53

Mercedes N.Rosberqlə müqaviləsini uzadıb (video)

Mercedes N.Rosberqlə müqaviləsini uzadıb (video)

Müəllif: Rauf Hacıyev, redaktor

12:50 - 22 İyul, 2016

Niko Rosberq Mercedes ilə 2 illik yeni müqavilə imzalayıb…

F-1.az xatırladır ki, Rosberqin  Mercedes ilə olan müqaviləsi mövsümün sonunda başa çatırdı və bir neçə aydır ki, almaniyalı sürücü ilə komandası arasında yeni müqavilə barədə danışıqlar gedirdi. Amma Mercedes Twitter üzərindən bildirib ki, Rosberqin müqaviləsi iki il daha uzadılıb.  Mercedes yeni müqavilənin detallarını hələ açıqlamasa da, kağızda müqavilənin 2017 və 2018-ci illərə aid olduğu yazılıb.

Xatırladaq ki, Rosberqin atası Keke Rosberq oğlu çempionata daha yaxşı fokuslansın deyə danışıqlarla bağlı bütün səlahiyyətləri Gerhard Bergerə vermişdi.

Beləliklə, Red Bull Daniel Rikkardo və Maks Ferstappen, Ferrari Sebastyan Fettel və Kimi Rəykkönen, Mercedes isə Lyuis Həmilton və Niko Rosberq ilə yarışmağa davam edəcək…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 144
Teqlər , , , , , , , ,
Paylaş

logo