24 Noyabr 2017, Cümə - 17:11

Meksika-2017: Üçüncü sərbəst yürüşlər

Meksika-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:18 - 28 Oktyabr, 2017

Bu gün sürücülər sıralanma turu və yarış sazlanmaları üzərində işləyiblər. Səhər hava sərin olub və bu, təkərlərin səmərəliliyini qiymətləndirərkən özünü göstərib. Sıralanma turu və yarış zamanı hava daha isti olacaq.

F-1.az bildirir ki, startdan 5 dəqiqə sonra Qaslinin maşını dayanıb və tüstülənib. Pyer mühəndisin məsləhəti ilə ERS sistemi vasitəsilə mühərriyi yenidən işə salmağa çalışıb, lakin bir nəticə əldə etməyib. Fransız üçün uğursuz həftəsonudur – dünən ilk məşqlərdə iştirak etməmiş, ikinci sessiyada cəmi 10 dövrə vura bilmişdi. Yarışın startında isə 15 yer itirəcək.

Verlyayn da bir dövrə vurduqdan sonra boksa qayıdıb. Onun maşınının elektron sistemlərində problem yaranıb və dərhal aradan qaldırmaq mümkün olmayıb. Alman sürücü sessiyanın ikinci hissəsində məşqlərə davam edə bilib. Sessiyanın böyük hissəsində protokollara Bottas başçılıq edib. Sonra Fettel onu keçib. Ferstappen isə yekunda hamını üstələyib – 1:17.113.

Üç top komandanın sürücülərinin nəticələri arasında fərq çox cüzidir. Bizi Bakı vaxtı ilə 22:00-da poul uğrunda çox gərgin mübarizə gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:17.11320
244Lyuis HəmiltonMercedes AMG1:17.188+ 0:00.07523
35Sebastyan FettelFerrari1:17.230+ 0:00.11721
477Valtteri BottasMercedes AMG1:17.283+ 0:00.17018
53Daniel RikkardoRed Bull1:17.361+ 0:00.24810
67Kimi RəykkönenFerrari1:17.517+ 0:00.40427
711Serxio PeresForce İndia1:18.040+ 0:00.92720
831Esteban OkonForce İndia1:18.165+ 0:01.05218
955Karlos SaynsRenault1:18.208+ 0:01.09521
1027Niko HülkenberqRenault1:18.380+ 0:01.26721
1128Brendon HartliToro Rosso1:18.602+ 0:01.48923
1219Felipe MassaWilliams1:18.690+ 0:01.57723
1318Ləns StrollWilliams1:19.066+ 0:01.95320
1420Kevin MaqnussenHaas1:19.205+ 0:02.09219
159Markus ErikssonSauber1:19.331+ 0:02.21827
1614Fernando AlonsoMcLaren1:19.565+ 0:02.45222
178Roman QrojanHaas1:19.586+ 0:02.47322
1894Paskal VerlyaynSauber1:19.826+ 0:02.71316
192Stoffel VandornMcLaren1:20.030+ 0:02.91725
2010Pyer QasliToro Rosso2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 680
Teqlər , , , , , ,
Paylaş

logo