McLaren testlərdə Vandorn və Norrislə işləyəcək

McLaren-in mətbuat xidməti komandanın rəsmi Twitter səhifəsində Macarıstanda keçiriləcək mövsümiçi testlərdə komandanın iş proqramını elan edib.

F-1.az xəbər verir ki, testlərin ilk günündə sükan arxasında komandanın əsas sürücüsü Stoffel Vandorn əyləşəcək. İkinci gün isə onu McLaren-in gənc sürücülər proqramının dinləyicisi Lando Norris əvəzləyəcək.

Qeyd edək ki, Lando iyunun əvvəlində komandanın 2011-ci ildə yarışdığı MP4-26 ilə işləyib. O, keçən il Böyük Britaniyanın ən yaxşı gənc sürücüsü seçilib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*