McLaren reklam çəkilişlərini tamamlayıb (video)

Çəkilişlər Barselonada olub.

F-1.az xəbər vermişdi ki, mövsümöncəsi ilk testlərin son 2 günündə problemlərlə üzləşən McLaren növbəti testlərə qədər reklam çəkilişi etməyi planlaşdırır.

Komandanın rəsmi tvitter bloqundan verilən məlumatlara görə, reklam çəkilişləri artıq yekunlaşıb. Əlavə olaraq, bloqa çəkilişlərdən qısa bir video da yerləşdirilib.

Qeyd edək ki, hər bir komanda il ərzində 2 gün reklam çəkilişi edə bilər və bu çəkilişlərin hər birində nümayiş təkərləri ilə maksimum 100 km yol qət edə bilər. Sözügedən çəkilişdə həm Alonso, həm də Batton MP4-31-in sükanı arxasına keçib və ümumilikdə 21 dövrə vurublar ki, bu da təxminən 98 km məsafə deməkdir. McLaren Honda bu çəkilişlərdən qısa test kimi istifadə edərək 2-ci testlərə qədər problemləri həll etmək istəyirdi. Buna nə dərəcədə nail olduqlarını bir neçə gün sonra görəcəyik…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*