21 Oktyabr 2018, Bazar - 16:26

Mayami Qran Prisi gələn il olmayacaq

Mayami Qran Prisi gələn il olmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

18:23 - 25 İyul, 2018

Mayami Qran Prisi gözlənildiyi kimi 2019-cu ildə yox, 2020-ci ildə keçiriləcək.

F-1.az bildirir ki, bu açıqlamadan sonra gələn ilin təqvimi demək olar ki, müəyyənləşir. Beləliklə, növbəti il Almaniyanın təqvimdən ayrılması ilə 20 yarış olacaq.

Formula1-in maliyyə rəhbəri Şon Bratçes bildirib ki, müqavilənin baş tutmama səbəbi trasın quruluşu yox, tərəflərin anlaşa bilməməsidir: “Biz Mayami Qran Prisini gələn il keçirmək istəyirdik. Amma alınmadı. Həmişə fanatlar və komandalar üçün ən yaxşı qərarı verməyə çalışsaq da, gələn il üçün bunu bacarmayacağıq. Növbəti danışıqlar yay aylarından sonra başlayacaq. Hədəfimiz 2020-ci ildə Mayami Qran Prisini təşkil etməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 66
Teqlər ,
Paylaş

logo