21 Noyabr 2018, Çərşənbə - 01:52

Manor komandası FİA-nın çarpma testlərini uğurla keçib

Manor komandası FİA-nın çarpma testlərini uğurla keçib

Müəllif: Elçin Zodorov, redaktor

12:23 - 16 Yanvar, 2016

Manor komandasının mətbuat xidməti komandanın rəsmi tvitter bloqunda bildirib ki, yeni maşın FİA-nın məcburi çarpma (krəş) testini uğurla keçib və bununla da mövsümöncəsi testlərə qədər olan ən böyük addımı atılıb.

F-1.az xəbər verir ki, Manor 2016-cı il üçün yeni şassi hazırlayıb. Komanda növbəti mövsümdə Mercedes mühərrikləri ilə təchiz olunacaq və Williams-dan texniki dəstək alacaq.

Komandanın rəsmi tvitter bloqundan yazılıb: “Bu gün sonuncu çarpma testindən də keçdik. Artıq deyə bilərik ki, tamamilə təsdiq olunmuş maşınımız var. Növbəti dayanacaq Barselonadakı mövsümöncəsi testlərdir”.

Artıq xəbər verdiyimiz kimi, Ferrari komandasının keçmiş baş konstruktoru Nikolas Tombasis də komanda ilə müqavilə imzalayıb. O, komandanın aerodinamika şöbəsinə başçılıq edəcək.

Komanda növbəti mövsüm üçün sürücülərini hələ də açıqlamayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 367
Teqlər , , , , , ,
Paylaş

logo