16 Dekabr 2017, Şənbə - 18:54

Malayziya-2016: Günün sürücüsü – Maks Ferstappen

Malayziya-2016: Günün sürücüsü – Maks Ferstappen

Müəllif: Elçin Zodorov, redaktor

14:15 - 02 Oktyabr, 2016

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, Sinqapur Qran Prisindən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, 3-cü yerdən start alan, startda yer itirməsinə baxmayaraq yekunda yarışı komanda yoldaşı Daniel Rikkardonun arxasında 2-ci yerdə başa vuran Maks Ferstappen “Günün Sürücüsü” seçilib. O, bu ada ən çox layiq görülən pilotdur. Maks bu mövsüm daha əvvəl 4 dəfə – Red Bull ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, sonra isə Kanada, Avstriya və Britaniya Qran Prilərində “Günün Sürücüsü” seçilib.

Ferstappendən başqa,  Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində Daniel Rikkardo, Belçika Qran Prisində Lyuis Həmilton, İtaliya Qran Prisində Niko Rosberq, Sinqapur Qran Prisində isə Sebastyan Fettel “Günün sürücüsü” seçilmişdilər.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 222
Teqlər , , ,
Paylaş

logo