16 Dekabr 2017, Şənbə - 18:55

Macarıstan-2016: Maraqlı statistik məlumatlar

Macarıstan-2016: Maraqlı statistik məlumatlar

Müəllif: Elçin Zodorov, redaktor

11:32 - 27 İyul, 2016

Hunqarorinq Lyuis Həmilton üçün uğurlu trasdır və bunu son yarışda bir daha gördük. F-1.az britaniyalı sürücünün hegemonluğu ilə keçən yarışdan sonra yaranan bəzi maraqlı statistikaları təqdim edir.

  • Lyuis Həmilton həm bu mövsümdəki, həm də Macarıstandakı 5-ci qələbəsini qazanıb. O, bu qələbə ilə Mixael Şumaxeri üstələyib.
  • Lyuis hazırda yarışda yarışan sürücülər arasında birdən çox trasda 5 və ya daha çox qələbə qazana bilmiş yeganə sürücüdür. Onun 5 dəfə qalib gəldiyi digər tras Jil Vilnöv adına Monreal trasıdır. Formula1 tarixi boyunca bu uğuru əldə edən digər sürücülər isə Mixael Şumaxer, Alen Prost və Ayrton Sennadır.
  • Həmilton Macarıstanda karyerasındakı 48-ci qələbəsini qazanıb. O, ən çox qalib gələn sürücülər siyahısında Mixael Şumaxer və Alen Prostdan sonra 3-cü yerdədir. Onu Prostdan cəmi üç qələbə ayırır.
  • Həmilton Macarıstandakı qələbə ilə liderliyə yüksəlib. Onun Niko Rosberqlə arasında 6 xallıq fərq var. Lakin sonuncu dəfə Hunqarorinqdə qalib gəldiyi mövsümü çempion kimi başa vuran sürücü 2004-cü ildə Mixael Şumaxer olub. Lyuis 12 ildən sonra bunu təkrar edə biləcək?
  • Niko Rosberq Macarıstanda keçirdiyi 11-ci yarışda ilk dəfə podiuma yüksələ bilib. Hunqarorinq alman sürücünün podiuma yüksələ bildiyi 22-ci trasdır.
  • Daniel Rikkiardo Macarıstanda ardıcıl 3-cü ilində də podiuma yüksəlib. Maraqlıdır ki, ümumilikdə 12 dəfə podiuma yüksələn avstraliyalının hər 4 podiumundan biri Hunqarorinqin payına düşür.
  • Son yarışda Red Bull 25, Ferrari isə 20 xal qazanıb. Bununla da Red Bull ardıcıl 3-cü, bu mövsüm isə 5-ci dəfə Maranellolu rəqibini üstələyib. Son 2 yarışda podiuma yüksələ bilməyən Ferrari-ni Red Bull-dan cəmi bir xal ayırır.
  • Kimi Rəykkönen 2015-ci ildə keçirilən Kanada Qran Prisindən sonra ilk dəfə Macarıstanda yarışın ən sürətli dövrəsini vurub. Bu, onun karyerasındakı 43-cü ən sürətli dövrədir. Formula1 tarixində bu uğura ən çox imza atmış ikinci sürücüdür. Birincinin Şumaxer olduğu isə hər kəsə məlumdur…
  • Fernando Alonso Macarıstan Qran Prisində hər üç sərbəst yürüş seansında, sıralanma turunda və yarışda 7-ci yeri tutub. O, bu mövsüm 3-cü dəfə xal qazanıb.
  • Yarışda 10-cu olan Niko Hülkenberq Force İndia-ya Macarıstanda 2011-ci ildən bəri ilk dəfə xal qazandırıb.
  • Ancaq Censon Battonun yarışı tamamlaya bilmədiyi Hunqarorinqdə 21 sürücü finiş xəttini keçə bilib. Bu, bütün sürücülərin yarışı tamamladığı Çin Qran Prisindən sonra ikinci ən yaxşı nəticədir.

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 228
Teqlər , , ,
Paylaş

logo