18 Dekabr 2017, Bazar ertəsi - 13:02

M.Şumaxer müalicəsini Amerikada davam etdirəcək?

M.Şumaxer müalicəsini Amerikada davam etdirəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:18 - 20 Sentyabr, 2017

Almaniyada dərc olunan Bravo jurnalı bu gün yazıb ki, yeddiqat dünya çempionunun həyat yoldaşı Korina müalicəni ABŞ-da davam etdirmək istəyir.

F-1.az xatırladır ki, Mixael 2013-cü ilin dekabrında Alp dağının Fransa ətəklərində xizəklə sürüşərkən yıxılmış və kəllə-beyin zədəsi almışdı. O gündən almaniyalı sürücünün sağlamlığı barədə dəqiq məlumat yoxdur.

Bravo jurnalı bugünkü xəbərində qeyd edir ki, Şumaxerlərin Texasda şəxsi rançoları var və çox güman ki, Mixael də oraya köçürüləcək. Rançonun yaxınlığında beyin zədələri üzrə mütəxəssis Mark Uiksin klinikası yerləşir. Bravo bildirir ki, sürücünün ailəsi bu klinikada müalicəyə böyük ümidlə yanaşır.

Mark Uiks: “Bu cür zədəsi olan xəstələrlə zəngin iş təcrübəmiz var. Çox güman ki, Avropada bu təcrübə bizdə olan qədər deyil”.

Əgər bu xəbər doğrudursa, onda deməli, Mixael Şumaxerin səhhətində son aylar heç bir irəliləyiş yoxdur, amma onun sağalmasına hələ ümid var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 161
Teqlər , , ,
Paylaş

logo