10 Dekabr 2018, Bazar ertəsi - 10:45

M.Şumaxer Mercedes-ə necə fayda verib?

M.Şumaxer Mercedes-ə necə fayda verib?

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 31 Yanvar, 2018

1988-ci ildən 2009-cu ilə qədər Ferrari-də işləmiş Luici Matsola bildirib ki, Mixael Şumaxer Mercedes-in inkişafında böyük rol oynayıb.

F-1.az xatırladır ki, almaniyalı yeddiqat Dünya Çempionu 2010-2012-ci illərdə Mercedes komandasında çıxış etmiş və öz karyerasını fəda edərək, “gümüşü oxlar”ın inkişafına kömək etmişdi.

Luici Matsola: “Mixael həm böyük pilotdur, həm də böyük insan. Bu gün əksəriyyət onun Mercedes üçün etdiklərini unudub. O bir sürücüdən artıq idi və bunu zaman nəticəsinə baxıb anlamaq olmaz.

Mercedes üçün etdikləri olmasaydı, komanda indiki kimi güclü olmazdı. Ən güclü sürücünün kim olduğunu müzakirə etmək yersizdir. Çünki ən güclü odur. Mixael bunu həmişə göstərib. O, həmişə şəxsi həyatı ilə işini bir-birindən ayırırdı. Bəlkə, bəzən jurnalistlərə qapalı davrandı, amma bir yerdə işlədiyi adamlara qarşı mehriban idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər , ,
Paylaş

logo