16 Oktyabr 2018, Çərşənbə axşamı - 23:20

M.Kaltenborn: “Nasrın şassisi qaydasındadır”

M.Kaltenborn: “Nasrın şassisi qaydasındadır”

Müəllif: Rauf Hacıyev, redaktor

18:34 - 09 İyun, 2016

Sauber komandasının rəhbəri Monişa Kaltenborn Nasrın şikayətlərinə baxmayaraq, köhnə şassinin qaydasında olduğunu bildirib.

F-1.az xəbər verir ki, Nasr Avstraliya, Bəhreyn və Çində Erikssondan geri qaldıqdan sonra şassidən şikayət etmişdi. Braziliyalının bu şikayətindən sonra komanda Rusiya QP-də ona yeni şassi vermişdi. Ancaq Kaltenborn təhlillərdən sonra əvvəlki şassidə problem olmadığını bildirib: “Üçüncü şassi planlaşdırılmışdı. Bunu sürücümüzün istəyindən sonra düzəltmədik. Bunu əvvəldən planlaşdırmışdıq. Pilotumuzla bu barədə danışdıq. Nəsə bir problemin olub-olmadığını soruşduq. Problemin harada olduğunu bilmirdik. Nəticədə günün sonunda bolidə oturan sürücümüz olur və onun dediklərini nəzərə aldıq.

Təhlil etdik, amma heç bir problemlə rastlaşmadıq”.

Kaltenborn bildirib ki, onlar növbəti yarışlarda yenidən həmin şassindən istifadə edə bilərlər: “Hər hansı bir problem olmadığı üçün bu mümkündür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , ,
Paylaş

logo