19 Noyabr 2017, Bazar - 08:53

M.Ferstappen STR11-i simulyatorda test edəcək

M.Ferstappen STR11-i simulyatorda test edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

08:46 - 13 Fevral, 2016

Toro Rosso-nun gənc sürücüsü Maks Ferstappen 2016-cı il bolidinin hazırlığını izləmək üçün bu həftə komandanın Faentzada yerləşən zavoduna gedib…

F-1.az xəbər verir ki, Ferstappen komanda yoldaşı Karlos Sayns ilə komandanın idarə heyəti ilə görüşüb. Hollandiyalı sürücü görüş barədə təəssüratlarını bildirib: “Onlar bizimlə bolid, təkmilləşmə, yeni detallar və hədəflərimiz barədə danışdılar. Çox şey danışdıq və hamısı həyəcanverici mövzular idi”.

Ferstappen gələn həftə 2016-cı il bolidini test etmək üçün Red Bull-un zavoduna gedəcək. 18 yaşlı sürücü bu barədə də danışıb: “Simulyator reallığa yaxındır, ona görə də ora mənə maraqlıdır. Amma əsl reallığı görmək üçün trasa çıxmalıyıq. Bir neçə aydır ki, fiziki cəhətdən çox işləyirəm. Ümid edirəm ki, yaxşı xallar alaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər , , , ,
Paylaş

logo