16 Dekabr 2017, Şənbə - 15:13

M.Ferstappen: “Mövqeyimi qoruduğum üçün şadam”

M.Ferstappen: “Mövqeyimi qoruduğum üçün şadam”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:31 - 09 Oktyabr, 2016

Yaponiya yarışının son dövrələrində Red Bull-un gənc sürücüsü Lyuis Həmiltonun hücumlarını uğurla dəf edə bilib.

F-1.az xatırladır ki, Maks Ferstappen Suzukada altıncı podiumunu qazanıb. Maraqlıdır ki, İspaniyada ilk qələbəsini qazanan hollandiyalı sürücü mövsümdə dördüncü dəfə ikinci pilləyə sahib çıxıb…

Maks Ferstappen: “Sözün düzünü deyim ki, dövrəvi sürücülərin trafiki mənə çox mane oldu, amma xoşbəxtlikdən yarışın sonunda təkərlərimin resursunu qoruya bildim və məncə, bizim əla taktikamız var idi, ona görə də Mercedes-lə mübarizə apara bildik. Finişdə ikinci olmaq həmişə yaxşıdır və buna görə də komandamıza təşəkkür etmək istəyirəm!

Bu gün Malayziyada olduğu kimi isti deyildi və bu, bizim xeyrimizə oldu. Əlbəttə, Lyuis çox aktiv hücumlar edirdi və şikanada kəskin hücum etdi. Əlbəttə, mövqeyimi qoruya bildiyim üçün çox şadam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 132
Teqlər , , ,
Paylaş

logo