19 Dekabr 2018, Çərşənbə - 15:38

M.Ferstappen Monakodakı problemləri barədə danışmaq istəyir

M.Ferstappen Monakodakı problemləri barədə danışmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

14:29 - 01 İyun, 2016

Maks Ferstappen Monakodakı uğursuz yarışdan sonra bildirib ki, Red Bull ilə nələri səhv etdiyini oturub müzakirə etməlidir…

F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə çıxdığı ilk yarışda qalib gəlmişdi. Amma hollandiyalı sürücü Monakoda həm sıralanma turunda, həm də yarışda qəza edərək, mübarizəni dayandırmışdı.

Ferstappen bu hadisələr barədə danışıb: “Çox şey öyrəndim. Ən əsası divarlardan uzaq qalmağı öyrəndim. İndi oturub, işlərin necə getdiyinə və niyə bu vəziyyətdə olmağımıza baxmalıyıq. Bunlar hamısı təcrübə qazanmaq və öyrənmək üçündür.

Yarışın ilk hissəsində çox yaxşı idik. Əla performans göstərdik və bəzən də ən aqressiv sürücü idim. Hər şey bir araya gəlirdi.

Xal zonasına qədər gəldim, amma Soft təkərlərə keçdikdən sonra səhv etdim və divara çırpıldım. Xüsusən də sıralanma turundan sonra komanda bolidi yenidən hazırladıqdan sonra həftəsonunun bu cür bitməsini istəməzsiniz. Onlar daha yaxşısına layiq idilər”.

Ferstappen əlavə edib ki, Kanadadan etibarən Renault-nun yenilənmiş mühərriyindən istifadə edəcək: “Axır ki, yeni mühərriyə keçirəm və buna görə səbirsizlənirəm. Daha çox at qüvvəsi və daha rahat sürüş. Bu dövrə nəticələrimin yaxşılaşmasına və sürətli olmağıma kömək edəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər ,
Paylaş

logo