20 Noyabr 2018, Çərşənbə axşamı - 02:04

M.Ferstappen Massaya niyə qəzəblənib?

M.Ferstappen Massaya niyə qəzəblənib?

Müəllif: Rauf Hacıyev, redaktor

22:41 - 15 Aprel, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen Bəhreyn QP-də sıralanma turundakı uğursuzluğunu Felipe Massa ilə əlaqələndirib.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü sonuncu sərbəst yürüşlərdə birinci olmuş və sıralanma turuna da iddialı gəlmişdi. Amma hollandiyalı sürücü üç böyük komandanın sürücüləri arasında sonuncu – 6-cı yeri tutub.

Maks Ferstappen: “Son sessiyada birinci yeri tutmağım heç nə ifadə etməsə də, bolidin yavaş-yavaş özünə gəldiyini düşünürəm. Sıralanma turunda özümü yaxşı hiss edirdim və ilk dövrələrdən sonra Lyuisin arxasında idim. İkimiz də son dövrəmizə hazırlaşarkən Massa birdən önümə keçdi. Bunu niyə etdiyini bilmirəm. Aramızdakı fərq böyük idi. Trasda bir-birimizə hörmət etməliyik. Aramızdakı fərqə baxmayaraq, məni sıxışdırması doğru deyildi. Amma bütün çətinliklərə baxmayaraq, əla gün idi. Maraqlı yarış gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 400
Teqlər , , , ,
Paylaş

logo