16 Dekabr 2018, Bazar - 10:16

M.Ferstappen: “Komanda əmrlərinə qulas asmayacam”

M.Ferstappen: “Komanda əmrlərinə qulas asmayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

15:00 - 21 Mart, 2016

Toro Rosso komandasının sürücüsü Maks Ferstappen bildirib ki, komanda əmrlərinə qulaq asmayacaq..

F-1.az xəbər verir ki, Maks Ferstappen Avstraliya yarışından sonra bildirib ki, Karlos Saynsdan güclü sürücüdür və komanda əmrlərinə riayət etmək məcburiyyətində deyil.

Ferstappen əlavə edib ki, komanda bu həftəsonu etdiyi səhvlərdən dərs çıxarmalıdır: “Sözün düzü çox danışmaq istəmirəm. Komanda səhv etdi və bu açıq-aydın görünür.

Mən Saynsdan çox güclüyəm və növbəti yarışlarda onu məğlub edəcəm.

Əgər biz pit-stopda səhv etməsəydik və komanda əmrləri mənə maneə olmasaydı, çoxlu xal qazana bilərdim. Ona görə də əsəbiyəm.

Mən pitə girəndə komanda hazır deyildi. Ona görə ki, komanda mənim yerimə Saynsı gözləyirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 393
Teqlər , ,
Paylaş

logo