22 Noyabr 2017, Çərşənbə - 12:57

M.Ferstappen hegemonluq istəyir

M.Ferstappen hegemonluq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

14:18 - 03 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hegemonluq edərək çempion olmaq hər şeydən yaxşıdır.

F-1.ax xatırladır ki, hollandiyalı sürücü Meksika yarışını çox rahatlıqla qazanmışdı.

Maks Ferstappen: “Qələbə qazanmağın ən gözəl yolu budur. Təbii ki, ötmə etmək gözəldir, amma nəzarət etdiyim bir yarış olmayıb. Kartinqdə belə edirdim və əslində həmişə belə etmək istəyirsiniz. Hücum etmək yaxşı olsa da, mənim üçün vacib deyil. Nəticədə Həmilton kimi yarışlar qazanaraq çempion olursunuz.

Meksika favorit yarışlarımdan biri idi, çünki arxamda təzyiq olmadan yarışa nəzarət etdim. İlk döngədəki hücumu əvvəldən planlaşdırmamışdım. Xarici trayektoriyada fürsət görsəm, ötmə etməyə çalışaram. Bu saf instinkt ilə əlaqədardır. Atam mənə nə etməli olduğumu demədi. Bu sadəcə saf hissdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 833
Teqlər ,
Paylaş

logo