12 Dekabr 2018, Çərşənbə - 23:24

M.Ferstappen: “Gözəl gün idi”

M.Ferstappen: “Gözəl gün idi”

Müəllif: Rauf Hacıyev, redaktor

21:35 - 24 İyun, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Fransadda istədikləri nəticəni qazanıblar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 4-cü yerdən başlasa da, startda Fettellə Bottasın insidentindən yararlanaraq 2-ci yerə yüksəlib və yarışın sonuna qədər yerini qoruyaraq builki 3-cü podiumunu qazanıb. Bu, 20 yaşlı sürücünün 2018-ci ildəki ən yüksək nəticəsidir.

Maks Ferstappen: “Gözəl bazar günü idi. Lyus yarışa nəzarət edirdi və onu izləməyə çalışdım. Lakin çox sürətli idi. Onunla eyni tempi tutmaq çox çətin idi. Nəticədən razıyam. Hamı bacardığı qədər yüksəlmək istəyirdi və bəzi rəqiblərim səhv etdi. Mən də dəyərləndirdim. Startdan sonra fərqlər artdı və ümumilikdə yarış yaxşı keçdi. Növbəti yarış komandamızın vətənindədir və ümid edirəm ki, orada daha yaxşı nəticə qazanarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 134
Teqlər , , ,
Paylaş

logo