25 Sentyabr 2017, Bazar ertəsi - 14:01

M.Ferstappen: “Fettel əsl axmaqdır”

M.Ferstappen: “Fettel əsl axmaqdır”

Müəllif: Rauf Hacıyev, redaktor

03:51 - 31 Oktyabr, 2016

Maks Ferstappen Meksika yarışından sonra Fettelə “məyus adam” deyib və aldığı cəzanın doğru olmadığını əlavə edib…

F-1.az xatırladır ki, Ferstappen yarışın sonunda Fettellə mübarizədə trası kəsərək, üstünlük qazanıb, bundan qəzəblənən Fettel radio vasitəsilə hollandiyalının ünvanına təhqiredici sözlər söyləyib.

Ferstappen trası kəsdiyi üçün stüardlar yarışdan sonra onun nəticəsinə 5 saniyə əlavə ediblər və hollandiyalı podium mərasimində iştirak edə bilməyib.

Fettel bu həftəsonu ərzində Alonsoya, Saynsa və Massaya “axmaq” demişdi, bu gün isə Ferstappenin ünvanına təhqiredici sözlər işlədib.

Maks Ferstappen: “Mən bunu daha yaxşı edə bilərdim. O isə heç nə edə bilmir. Ancaq axmaqlıqla məşğuldur. Daniel onun yanında idi və üstünə sürdü. Təmas yaşadılar və radiodan qışqırmağa başladı. Ümumilikdə radiodan nə qədər söydüyünü bilmirəm. O, məktəbə gedib, danışmağı öyrənməlidir. Onunla danışacam, çünki axmaqlıqla məşğuldur. O, həmişə məyusdur. Bütün həftəsonu ərzində qışqırmaqdan başqa heç nə etmədi”.

Hollandiyalı sürücü aldığı cəzanın ədalətli olmadığını, eyni situasiyada Həmiltonun cəza almadığını deyib: “Startda yaşanan hadisələrlə mənim insidentim oxşar idi. Lyuis trası kəsərək, üstünlük qazandı. Niko ilə də təmas yaşadıqdan sonra trası kəsdi və o da üstünlük qazandı. Amma mən Fettellə insidentdə üstünlük qazanmadım. Əylənmə zonasında öndə idim. Trasa qayıdanda da aradakı fərq eyni idi.

Məndən yerimi qaytarmağımı istədilər, amma mən bunu qəbul etmədim. Onu bloklamadım, sadəcə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Nikoya buna görə cəza vermədilərsə, mənə də verməməli idilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 125
Teqlər , , , , , ,
Paylaş

logo