18 Noyabr 2017, Şənbə - 01:12

M.Ferstappen bilərək pitə gedib

M.Ferstappen bilərək pitə gedib

Müəllif: Rauf Hacıyev, redaktor

14:11 - 13 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sürətli dövrə vurmaq üçün ikinci dəfə pit-stop edib.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü son dövərələrdə pit-stop etmiş və yarışın ən sürətli dövrəsinə imza atmışdı.

Maks Ferstappen: “İnterlaqos bizim üçün çətin yarış oldu. Bunu əvvəldən bilirdik. Trasın quruluşu bizim üçün əlverişli deyil və düzlüklərdə itirirdik. Öndəkini izləyərkən tez zərər görürdük və son döngədən çıxışda sürətlənmək çətin idi. Daha yaxşı nəticə gözləsək də, maksimumu aldıq. Son dövrələrdə sürətli dövrə vurmaq istədim. Meksikada bacara bilməmişdim, amma indi bacardım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 169
Teqlər , , , ,
Paylaş

logo