16 Dekabr 2017, Şənbə - 15:12

M.Erikssonun yarışa çıxmasına icazə verilib

M.Erikssonun yarışa çıxmasına icazə verilib

Müəllif: Elçin Zodorov, redaktor

15:29 - 10 İyul, 2016

Qərar bu gün səhər aparılan yoxlamalardan sonra verilib.

F-1.az xatırladır ki, dünən keçirilən sərbəst yürüşlərin 3-cü sessiyasında ağır qəzaya uğrayan sürücü xəstəxanaya aparılmışdı. Ağrılarının olduğunu bildirən Erikssonun yarışa çıxa bilib-bilməyəcəyinə bu gün həkimlər qərar verməli idi. Bu gün səhər həkimlər tərəfindən aparılan yoxlamalardan sonra onun yarışmasına icazə verilib.

Sıralanma turunda iştirak etməməsinə baxmayaraq, sərbəst yürüşlərdə göstərmiş olduğu nəticəyə görə hakimlər də onun yarışmasına icazə veriblər. Komanda isə onun üçün ehtiyat şassini yarışa hazırlayıb. Ötürmələr qutusu isə dəyişdirilib. Eriksson yarışa pit yolundan başlayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , ,
Paylaş

logo