L.Həmilton: “Rosberqlə fərq böyük deyil”

Lyuis Həmilton bildirib ki, komanda yoldaşı Niko Rosberq ilə 25 xallıq fərq açmasa, o rahat olmayacaq..

F-1.az xatırladır ki, britaniyalı sürücü Almaniyadakı qələbədən sonra Rosberq ilə xal fərqini 19-a çıxarmışdı. Amma Həmilton növbəti yarışların birində mühərrik dəyişdirmlidir v buna görə də startda yer itirməli olacaq.

Həmilton hər şeyin həll olmadığını bildirib: “Hazırda 6 xallıq fərqdən daha yaxşı vəziyyətdəyəm. Bolidi bağlı sahəyə gətirənə qədər dərqin 19-a çıxdığını bilmirdim. Bir ara 43 xal geridə idim, amma hazırda işlər dəyişdi. Buna görə də xoşbəxtəm. Amma mənim geri qalacağım ən az bir yarış var və o yarışda neçə pillə yüksələcəyimi bilmirəm. Çoxlu problemlərlə üzləşə bilərəm.

Niko bir bazar günündən həzz alacağı vaxt mən rəqiblərimlə mübarizə aparacam. Red Bull-lar sürətlənib. Artıq onları keçib, beşliyə düşmək çətin ola bilər. Bunları göz önündə saxlayıram.

Barselonada Rosberqdən 43 xal geridə idim və düşünürdüm ki, fərq 50 xal olacaq. Özümə gəlməyim asan olmadı. Amma mən tunelin sonundakı işığa doğru getdim. Mühəndislərim əla işlədilər. Mən də onların hesabına motivasiyamı qorudum. Onlar təslim olmadı. Təslim olmayanda belə gözəl nəticələr ortaya çıxır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*