23 Oktyabr 2018, Çərşənbə axşamı - 02:53

L.Həmilton: “Risk etməyəcəm”

L.Həmilton: “Risk etməyəcəm”

Müəllif: Rauf Hacıyev, redaktor

10:20 - 14 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, son 4 yarışda risk etməyəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün bitməsinə 4 yarış qalmış əsas rəqibi Fetteli 59 xal qabaqlayır.

Lyuis Həmilton: “Son yarışlarda əla işlər gördük və hazırda çox  güclü bolidimiz var. İndi özümü maşında daha rahat hiss edirəm. Harada risk almaq lazım olduğunu bilirəm. Buna görə də Malayziyada Maksa qarşı müdafiə olunmadım. Bütün yarışlarda məqsədim qalib gəlməkdir, amma buna görə özümü riskə atmaq istəmirəm. Hazırda Sebastyan risk etməlidir. Qarşıda çox çətin 4 yarış var və çempionluğu rəsmiləşdirməmiş rahatlaşmayacam. Ümid edirəm ki, hər şey istədiyim kimi gedər və çempion olaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 332
Teqlər ,
Paylaş

logo