14 Dekabr 2018, Cümə - 07:03

L.Həmilton mühərriyin partlamasından qorxub

L.Həmilton mühərriyin partlamasından qorxub

Müəllif: Rauf Hacıyev, redaktor

10:12 - 11 İyun, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yarışboyu mühərriyin partlamasından qorxub.

F-1.az xatırladır ki, Mercedes komandası Kanadaya yeni versiya mühərrik gətirməli idi. Amma keyfiyyətlə bağlı problemlər olduğu üçün bu, mümkün olmayıb. Buna görə də Mercedes, Force India və Williams pilotları mühərriyə tələbkar olan Jil Vilnöv trasında köhnə güc qurğusu ilə çıxış etməli olublar.

Lyuis Həmilton: “Yarışı bitirə bildiyim üçün xoşbəxtəm. Startdan sonra birdən güc itirdim. Mühərrik qızmışdı və hərarəti aşağı sala bilmirdim. Düşündüm ki, artıq partlayacaq. Hər dövrə hərarətin düşməsini gözlədim. Yeddinci yarışı idi və ömrünü tamamlamışdı. Daha çox xal itirə bilərdim.

Ümid edirəm ki, gələn il limit iki mühərriyə düşməz. Çünki artıq axmaqlayırlar. Daha çox mühərriyimiz olsa, yarışlar daha əyləncəli olardı. Etibarlılıq problemləri mövsümə təsir edir. Heç kim indiki haldan razı deyil. Hamı əsl performansını göstərmək istəyir. Məncə, idman səhv yöndə irəliləyir. Bu barədə deyəcək çox sözüm var. Lənətə gəlmiş bu motorları dəyişmək lazımdır. Xərcləri azaltmaq istəyirlər, ancaq bunları istehsal etmək üçün daha çox pul xərcləyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 155
Teqlər , , ,
Paylaş

logo