L.Həmilton: “Fettel sürətli idi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fettel ondan sürətli olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü Belçika yarışına pouldan başlasa da, birinci dövrədə Fetteli önə buraxıb və yarış ərzində rəqibinə təzyiq tətbiq edə bilməyib.

Lyuis Həmilton: “Sebastyanı təbrik edirəm. Əlimizdən gələn hər şeyi etdik. Bütün yarış ərzində var qüvvəmi qoysam da, alınmadı. Yenə də gözəl həftəsonu idi. Düzlükdə məndən sürətli idi. Ferrari-yə çatmaq üçün hər şey etməliyik. Restardan sonra Sebastyana hücum edə biləcəyimi düşündüm, amma düzlükdə yenidən keçəcəkdi. Bolidləri çox güclüdür. İşləməyə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*