20 Noyabr 2017, Bazar ertəsi - 11:40

L.Giotto Williams-la testlərdə işləyəcək

L.Giotto Williams-la testlərdə işləyəcək

Müəllif: Elçin Zodorov, redaktor

14:11 - 25 İyul, 2017

Williams komandası Macarıstan Qran Prisindən sonra Hunqarorinqdə keçiriləcək mövsümiçi testlər üçün sürücülərin iş qrafikini təsdiqləyib. Avqustun ilk iki günündə baş tutacaq testlərdə komandaya Felipe Massa və gənc Luka Giotto kömək edəcəklər.

F-1.az xəbər verir ki, bu, hazırda Formula2-də Russian Time komandasının tərkibində çıxış edən Luka üçün Formula1 maşını ilə ilk təcrübə olacaq.

Luka Giotto: “Bu imkanı yaratdığı üçün Williams-a təşəkkür edirəm. Formula1 maşını ilə ilk test istənilən sürücü üçün xüsusidir. Bunu zəngin tarixə malik komanda ilə etmək isə çox gözəldir – mən çox ruhlanmışam. Əlbəttə, mən diqqətimi bu həftəsonu keçiriləcək Formula2 yarışlarına cəmləməliyəm. Lakin testləri də səbirsizliklə gözləyirəm və ümid edirəm ki, uğurlu alınar”.

Kler Uilyams: “Bu, Lukanın Formula1 maşınının sükanı arxasında əyləşməsi üçün ilk fürsətdir. Komandamızın gənc sürücülərlə işləməkdə böyük təcrübəsi var və biz onlara həmişə şans verdiyimiz üçün şadıq. Lukanın bizim maşınla necə çıxış edəcəyi maraqlıdır”.

Qeyd edək ki, Luka Formula2-də cari mövsümdə ilk altı mərhələdən sonra topladığı 86 xalla beşinci yerdədir. İtalyan sürücü bu il üç dəfə podiuma yüksəlib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 058
Teqlər , , , , ,
Paylaş

logo