Finlandiyanın MTV3 telekanalına müsahibəsində Kimi Rəykkönen Toyota komandası ilə danışıqlar aparmasını təkzib edib, yerli sürücü bildirib ki, Formula1-də karyerasını davam etdirməyin yeganə variantı McLaren-lə müqavilə bağlamaqdır…
Kimi Rəykkönen: “Toyota ilə variant heç müzakirə olunmayıb, əgər mən Formula1-də karyeramı davam etdirmək istəsəm, onda yeganə seçim – McLaren-dir. Yaxın günlərdə mən vəziyyəti daha real qiymətləndirəcəm.”