Komandalar Lotus Renault GP-ni nüsxləməyə hazırdırlar

Biz artıq yazmışdıq ki, Lotus Renault GP komandasının yeni R31 maşını qeyri-adi işlənmiş qazların buraxılması sistemi ilə təchiz olunub – […]

Biz artıq yazmışdıq ki, Lotus Renault GP komandasının yeni R31 maşını qeyri-adi işlənmiş qazların buraxılması sistemi ilə təchiz olunub – sistemin çıxış boruları yan pantonların altdan qarşısına açılır. Amma Almaniyanın Auto Motor und Sport dərgisinin verdiyi xəbərə görə, bu sistem heç də nadir deyil: gözlənildiyinə görə, 3 gün sonra təqdim olunacaq yeni McLaren МР4-26 maşını da buna oxşar sistemlə təchiz olunacaq.

Ekspertlərin bildirdiyinə görə, sistemin borularının bu cür yerləşdirilməsi maşının altında adi diffuzora tərəf yönələn hava axınını daha enerjili edir və asfalta yatma qüvvəsi artır.

Mercedes GP komandasının başçısı Ross Braun da təsdiq edib ki, “Renault-nun konstruktorları düzgün düşünürlər, biz də anoloji sistem üzərində işləyirik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*