Kanada təqvimə qayıtmağa hazırlaşır?

FOTA nümayəndələri deyirdilər ki, komandaların qaldırdığı növbəti məsələ Formula1-in Amerikaya qayıtması olacaq və keçid addım kimi Kanada Qran Prisinin bərpa […]

FOTA nümayəndələri deyirdilər ki, komandaların qaldırdığı növbəti məsələ Formula1-in Amerikaya qayıtması olacaq və keçid addım kimi Kanada Qran Prisinin bərpa olunmasını qeyd edirdilər.

Jil Vilnöv adına avtodromun nümayəndələri və yerli hakimiyyət orqanları Berni Ekklstounla danışıqlar aparıblar, Kanadanın La Presse qəzeti yazır ki, Monrealın meri Jerald Tremble Qran Prinin promouteri Norman Leqonun tələb etdiyi pit-leynin və bokslar kompleksinin yenidənqurulması üçün zəruri olan büdcənin sənədlərini imzalayıb. La Presse-in jurnalistləri hesab edirlər ki, trası təqvimə qayıtmaq üçün hazırlayırlar və növbəti Kanda Qran Prisi 2010-cu ildə baş tuta bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*