19 Noyabr 2017, Bazar - 19:47

Kanada-2017: Güc qurğusunun elementləri

Kanada-2017: Güc qurğusunun elementləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:02 - 08 İyun, 2017

FİA Kanada Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma qarşıdakı günlər ərzində maşınlarda bəzi elementlər dəyişdirilə bilər.

Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, artıq iki sürücünün maşınında 5-ci elementlər quraşdırılıb.

NSürücüKomandaMotorİCETCMGU-HMGU-KESCE
44Lyuis HəmiltonMercedes AMGMercedes222222
77Valtteri BottasMercedes AMGMercedes222222
3Daniel RikkardoRed BullTAG Heuer222212
33Maks FerstappenRed BullTAG Heuer222212
5Sebastyan FettelFerrariFerrari243222
7Kimi RəykkönenFerrariFerrari232222
11Serxio PeresForce İndiaMercedes111111
31Esteban OkonForce İndiaMercedes111121
19Felipe MassaWilliamsMercedes111121
18Ləns StrollWilliamsMercedes111111
14Fernando AlonsoMcLarenHonda355311
2Stoffel VandornMcLarenHonda255355
26Daniil KvyatToro RossoRenault222211
55Karlos SaynsToro RossoRenault223322
8Roman QrojanHaasFerrari232222
20Kevin MaqnussenHaasFerrari222222
27Niko HülkenberqRenaultRenault222222
30Colion PalmerRenaultRenault223212
9Markus ErikssonSauberFerrari-2016222222
94Paskal VerlyaynSauberFerrari-2016222223

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 191
Teqlər , , ,
Paylaş

logo