19 Dekabr 2018, Çərşənbə - 05:29

K.Sayns Monte Karlo rallisində iştirak edəcək

K.Sayns Monte Karlo rallisində iştirak edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 24 Yanvar, 2018

Renault komandasının sürücüsü Karlos Sayns WRC seriyasında Monte Karlo rallisinin son mərhələsində çıxış edəcək.

F-1.az xəbər verir ki, 23 yaşlı sürücü yanvarın 28-də 13.58 km uzunluğundakı La Cabanette-Col de Braus mərhələsində yeni Renault Megane R.S. İlə iştirak edəcək. Sayns üçün heç bir zaman nəticəsi hesablanmayacaq və VİP Course qaydalarına əsasən, yarışçılardan əvvəl parkuru yoxlayacaq. Qeyd edək ki, ispaniyalı sürücünün atası 1991, 1995 və 1998-ci illərdə Monte Karloda qalib gəlib.

Karlos Sayns: “Monte Karlo rallisinə nəzarət etmək üçün səbirsizlənirəm. Atam bu barədə çox şey danışıb. Burada mərhələlər çox çətindir. Hər şey bir göz qırpımında dəyişə bilər və U şəkilli döngələrdə polad kimi əsəbləriniz olmalıdır. Belə əfsanəvi yarışa qar təkərləri ilə təchiz edilmiş Renault ilə çıxmaq həyəcanverici olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , ,
Paylaş

logo