23 Sentyabr 2017, Şənbə - 09:40

K.Sayns komandası üçün fədakarlıq edib

K.Sayns komandası üçün fədakarlıq edib

Müəllif: Rauf Hacıyev, redaktor

17:07 - 26 İyun, 2017

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Azərbaycan yarışının startında komanda yoldaşı Kvyata vurmamaq üçün özünü fəda edib.

F-1.az xatırladır ki, Kvyat startda tras xaricinə çıxdıqdan sonra yarışa düz ispaniyalı sürücünün önündə qayıdıb. Rusiyalı sürücünü vurmamaq üçün sükanı yavaşca sola döndərən Sayns bolidin idarəetməsini itirərək, yerində fırlanıb. Bu insidentdən sonra 23 yaşlı sürücü çoxlu yer itirsə də, yekunda 8-ci olaraq, qızıl dəyərində 4 xal qazanıb.

Karlos Sayns: “Böyük ehtimalla mən də onun etdiyini edərdim. Yarışın startı olduğu üçün arxa tərəfə diqqət yetirmədən trasa qayıdardım. Lakin orada ya sükanı döndərib yerimdə fırlanmalı, ya da sürətlə Kvyata çırpılıb iki bolidin də mübarizəni dayandırmasına səbəb olmalı idim. Pis oldu, amma yarışın startında ola biləcək şeylərdir. Bəzən bu cür fədakarlıqlar etməlisiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 374
Teqlər , , , ,
Paylaş

logo