K.Rəykkönen: “İşlər istədiyim kimi getmir”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, 2017-ci il istədiyi kimi getmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu mövsüm qələbə qazana bilməsə də, 7 dəfə podiuma yüksəlib. 38 yaşlı sürücü komanda yoldaşına sıralanma turunda 14-5 uduzur.

Kimi Rəykkönen: “Mövsüm istədiyim kimi keçmir. Bəzən belə olur və son yarışdan maksimumu almaq istəyirik. Gələn il daha güclü olmağa çalışacağıq. Yarışlar və çempionluqlar qazanmaq üçün buradayam və idealdan uzaq bir mövsüm oldu. Pis başladım. Lazımi yerdə deyildim. Sonra əksər hallarda mübarizəni vaxtından əvvəl dayandırdım. Çox şey deyə bilərik. Asan olsaydı, hamı qalib gələ bilərdi. Amma çox şeyin təsiri var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*