14 Dekabr 2017, Cümə axşamı - 14:10

K.Horner: “Sıralanma turunda güclənməliyik”

K.Horner: “Sıralanma turunda güclənməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 06 Avqust, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari və Mercedes-ə çatıblar və bunda Renault mühərriyinin müstəsna rolu var.

F-1.az xəbər verir ki, Ferrari və Mercedes sıralanma turunda mühərrik rejimini dəyişərək, rəqiblərinə birdən-birə böyük fərq ata bilirlər.

Kristian Horner: “Bolidimiz hər yarış daha da güclənir. Sonuncu Macarıstan yarışında göstərdik ki, rəqabətədavamlı ola bilərik. İlk dövrədəki insident olmasaydı, daha gözəl nəticə alardıq. Yarış tempində sıralanma turuna nisbətən daha güclüyük. Buna görə də sıralanma tempində gücümüzü artırmağa fokuslanmışıq. Son yarışlarda bu sahədə gücləndiyimizi düşünürəm. Renault davamlı olaraq yeni şeylər sınayaraq, mühərriyi təkmilləşdirməyə çalışır. Ümid edirəm ki, onların da köməkliyi ilə yenidən yarış qazanarıq. Tempimiz var, amma bəxtə də ehtiyacımız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 401
Teqlər ,
Paylaş

logo