20 Oktyabr 2017, Cümə - 09:10

K.Horner: “Avstriyaya böyük yeniliklər gətirəcəyik”

K.Horner: “Avstriyaya böyük yeniliklər gətirəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

14:09 - 18 May, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, komandanın ev trası Avstriya yarışına çoxlu yeniliklər hazırlayacaqlar.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Barselonada sıralanma tempində Mercedes və Ferrari-yə yaxınlaşsalar da, yarışda Rikkardo lider Həmiltondan 75 saniyə geridə qalmışdı.

Kristian Horner
: “İlk yeniliklərdən sonra rəqiblərimizlə fərqi azaltdıq, amma yarışda bunun təsirini çox görə bilmədik. Ədrian Nyui də komanda ilə Barselonaya gəlmişdi və sürücülərdən çoxlu məlumatlar topladı. Bunların hesabına növbəti yeniliklərin daha yaxşı olmasına ümid edirik. Monakoda xırda dəyişiklər edəcəyik. Lakin əsl paketimizi Kanada və Avstriyada ortaya çıxaracağıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər və ev trasımızda qalib gələrik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 134
Teqlər , , ,
Paylaş

logo