26 Sentyabr 2018, Çərşənbə - 12:47

K.Horner: “Alonso transferini Liberty istəyirdi”

K.Horner: “Alonso transferini Liberty istəyirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 25 Avqust, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Liberty Media onlardan Alonsonu transfer etməsini istəyib.

F-1.az xəbər verib ki, Alonso daha əvvəl Red Bull-un onu transfer etməsini istəyib.

Kristian Horner: “Açıq deyim ki, Alonsoya heç bir təklif göndərməmişik. Flavio və Liberty-dən istək var idi, amma Red Bull olaraq vəziyyətimiz ortadadır. Uzun illərdir gördüyümüz iş hamıya məlumdur. Həmişə gənc sürücülərə sərmayə qoymuşuq. Gənc sürücü məktəbimiz var. Sürücülərimizi buradan seçirik. Fettel, Kvyat, Rikkardo və Ferstappendə bunu göstərdik. Həmişə öz yetişdiriyimiz sürücülər arasından seçim edirik. Düzdür, Alonsoya 2007-ci ildə təklif göndərdik, amma qəbul etmədi. Bəlkə, Frants Tost ona təklif göndərib, amma Red Bull yox.

Liberty Media Fernando Alonsoya görə bizimlə danışıqlar apardı. Onları anlaya bilirəm. Fernandonun güclü maşında olması F1 üçün əladır. Liberty üçün Alonsonun burada olması digər seriyalarda qələbə uğrunda mübarizə aparmasından vacibdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , , , ,
Paylaş

logo