17 Dekabr 2018, Bazar ertəsi - 11:43

K.Horner: “25 faiz güc itirdik”

K.Horner: “25 faiz güc itirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:15 - 28 May, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Monakoda yaşadıqları MGU-K probleminə görə 25 faiz güc itiriblər.

F-1.az xatırladır ki, Rikkardo birinci pit-stopdan sonra güc itirməyə başlayıb və buna görə də təqibçiləri avstraliyalı sürücü ilə fərqi minimuma endiriblər. Lakin 28 yaşlı sürücü yüksək əzmkarlıq göstərərək, karyerasında ilk dəfə Monakoda qalib gəlib.

Kristian Horner: “Mühərrik 25 faiz güc itirdi. Sonra isə mühərriyin iş rejiminə görə arxa əyləclər möhkəm qızdı. Bir neçə il əvvəl Kanadada Rosberq və Həmilton bu halla üzləşmişdilər. Əyləclərini, bolidini soyuq saxlamalı idi. Bunun üçün isə qaz pedalını tez buraxmalı idi. Sebastyan Fettel arxasında idi. Təkəri bloklaya bilməzdi. Hər şeyə nəzarət etməli idi. Lakin çox yaxşı iş gördü. Trasdakı ən güclü sürücü oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , , , ,
Paylaş

logo