20 Noyabr 2017, Bazar ertəsi - 13:22

J.Alezi: “Ferrari Kanadada favoritdir”

J.Alezi: “Ferrari Kanadada favoritdir”

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 07 İyun, 2017

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Ferrari bu il əla çıxış edir və çempionluq şansları çox yüksəkdir.

F-1.az xatırladır ki, Ferrari komandası 6 yarışdan sonra Mercedes-i 16 xal, Fettel isə rəqibi Həmiltonu 25 xal qabaqlayır.

Jan Alezi: “Ferrari həmişə Formula1-in vacib komandalarından olub. Bu mövsüm də əla işlər görürlər və çempionluğa ən böyük namizədlərdəndir. Kanada da Ferrari-nin güclü olduğu traslardan biridir. Yüksək əylənmə zonalarında bu il çox güclüdürlər. Mövsümün sonunda ilk iki yerdən birini tutacaqları dəqiqdir, lakin mən onların zirvəyə qayıtmasını istəyirəm. Bunu edəcək gücləri var. Görək nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 071
Teqlər , , ,
Paylaş

logo