16 Dekabr 2017, Şənbə - 15:08

İtaliya mətbuatı S.Fetteli tənqid atəşinə tutub

İtaliya mətbuatı S.Fetteli tənqid atəşinə tutub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:37 - 04 Oktyabr, 2016

Malayziya Qran Prisinin ilk döngəsində baş verən insidentdən sonra İtaliyanın KİV-i Ferrari-nin sürücüsü Sebastyan Fetteli sərt tənqid atəşinə tutub…

F-1.az xatırladır ki, Sepanq trasının ilk döngəsində daha uğurlu mövqe seçməyə çalışan dördqat dünya çempionu Niko Rosberqə çırpılaraq yarışı yarımçıq dayandırmalı olmuşdu.

Corriere dello Sport almaniyalı sürücünün səhv dalınca səhvə yol verdiyini qeyd edərək yazır ki, “tam ayındır ki, Ferrari-yə uğurlu sürücü lazımdır. Hər yarışın sonunda Fettel buraxdığı səhvlərə bəhanələr axtarır və vəziyyəti daha da pisləşdirir”.

La Repubblica isə tərəddüd içindədir: “Sebastyan artıq gülümsəmir. Ferrari-də ən bahalı sürücülər uğursuzluq zolağına düşürlər, yoxsa Fettel istedad və sürətini artıq itirib?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 176
Teqlər , , ,
Paylaş

logo