11 Dekabr 2018, Çərşənbə axşamı - 13:04

İspaniya-2018: Birinci sərbəst yürüşlər

İspaniya-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:45 - 11 May, 2018

Komandalar mövsümün Avropadakı ilk yarışına ənənəvi olaraq böyük yeniliklər gətiriblər. İlk məşqlər də onların səmərəliliyinin yoxlanılmasına həsr olunub.

F-1.az bildirir ki, Williams-da Sirotkini Kubitsa əvəz edib. Polşalı sürücü bolidin qış testlərindəki və indiki vəziyyətini müqayisə etmək üçün sükan arxasına keçib. Robert həm də Barselonadakı ikigünlük testlərdə komandasına kömək edəcək.

Güclü külək sürücülərin işinə mane olub. Bottas, Eriksson və Fettel yerində fırlansalar da, qəzasız yollarına davam ediblər. Hartli və Qrojan çınqıllığa düşüblər. Sessiyanın 34-cü dəqiqəsində qəza edən Rikkardonun maşınının asılqanı qırılıb və sessiya onun üçün başa çatıb. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Daha sonra Kubitsa və Stroll da yerlərində fırlanıblar. Williams sürücüləri aerodinamikaya tələbkar trasdakı ilk məşqdə son iki yeri tutublar.

Protokollara Bottas başçılıq edib – 1:18.148. Bu, trasın rəsmi rekordudur və keçənilki poul nəticəsindən bir saniyə sürətlidir. Lakin qış testlərində Fettelin göstərdiyi nəticəyə (1:17.182) xeyli uduzur…

Məşqlər axşam davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:18.14832
244Lyuis HəmiltonMercedes AMG1:18.997+ 0:00.84922
35Sebastyan FettelFerrari1:19.098+ 0:00.95024
433Maks FerstappenRed Bull1:19.187+ 0:01.03926
57Kimi RəykkönenFerrari1:19.499+ 0:01.35119
614Fernando AlonsoMcLaren1:19.858+ 0:01.71026
73Daniel RikkardoRed Bull1:19.871+ 0:01.72311
88Roman QrojanHaas1:19.906+ 0:01.75824
92Stoffel VandornMcLaren1:20.083+ 0:01.93528
1010Pyer QasliToro Rosso1:20.508+ 0:02.36029
1120Kevin MaqnussenHaas1:20.637+ 0:02.48928
1216Şarl LeklerSauber1:20.665+ 0:02.51723
1311Serxio PeresForce İndia1:20.924+ 0:02.77636
149Markus ErikssonSauber1:20.984+ 0:02.83618
1555Karlos SaynsRenault1:21.053+ 0:02.90528
1631Esteban OkonForce İndia1:21.144+ 0:02.99627
1727Niko HülkenberqRenault1:21.159+ 0:03.01126
1828Brendon HartliToro Rosso1:21.373+ 0:03.22528
1940Robert KubitsaWilliams1:21.510+ 0:03.36224
2018Ləns StrollWilliams1:22.756+ 0:04.60815

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər , , , , ,
Paylaş

logo