16 Dekabr 2017, Şənbə - 07:35

Haas və Williams komandaları 2018-ci ilin təkər testlərini başa vurublar

Haas və Williams komandaları 2018-ci ilin təkər testlərini başa vurublar

Müəllif: Elçin Zodorov, redaktor

10:11 - 20 İyul, 2017

Antonio Covinatsi və Ləns Strollun ancaq slikləri test edəcəyi gözlənilsə də, Silverstoundakı hava şəraiti öz düzəlişini edib – sürücülər keçid və yağış təkərlərini də sınaqdan keçirə biliblər.

F-1.az bildirir ki, Pirelli statistik göstəricilər barədə məlumat verməsə də, Strollun 53, Covinatsinin isə 50 dövrə vurduğu məlum olub.

Antonio Covinatsi: “Testlərin ikinci günü də başa çatdı, lakin hər şey dünənkindən fərqlənirdi. Səhər saatlarından başlayaraq, keçid təkərləri ilə müəyyən məsafə qət etdim, çünki asfalt nəm idi. Belə şəraitdə maşının imkanlarını və davranışını qiymətləndirmək xoşuma gəldi. Bir çox parametrləri sınaqdan keçirə bilmişik – testlər bizim üçün məhsuldar oldu.

Biz sonra sliklərə qayıtdıq. Testlər çox maraqlı alındı. İki gün hadisələrlə zəngin oldu. Mən çox dövrə vurdum və bu çox vacib idi. Gələn həftə isə bizi Hunqarorinqdə yarış gözləyir…”

Təkər testləri eyni zamanda Manyi Kurda da davam edib – McLaren yağış təkərlərinin yoxlanılmasında Pirelli-yə kömək edib. Stoffel Vandorn 135 dövrə vurub. McLaren cümə axşamı testləri davam etdirəcək.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 674
Teqlər , , , , , ,
Paylaş

logo