20 Noyabr 2017, Bazar ertəsi - 06:01

Haas-ın testlərlə bağlı təəssuratı: “Möhtəşəm!”

Haas-ın testlərlə bağlı təəssuratı: “Möhtəşəm!”

Müəllif: Elçin Zodorov, redaktor

14:36 - 26 Fevral, 2016

Formula1-in debutant komandası olan Haas ilk testləri ümumilikdə 192 dövrə ilə başa vurdu. Bu da 900 km-ə yaxın məsafə deməkdir.

F-1.az xəbər verir ki, komandada əhval-ruhiyyə yüksəkdir və onlar testlərin son günündən razı qalıblar.

Esteban Qutyerres: “Sonuncu test günündən səmərəli istifadə etdik. Bu gün hədəfimiz bacardığımız qədər çox dövrə vurmaq idi. Bunu da edə bildik. Səhər bir qədər problemlərlə üzləşdik. Amma bu normal haldır. Biz yeni komandayıq. Maşın da yeni maşındır və testlərdə çatışmazlıqları aşkar edərək aradan qaldırmalıyıq. Komanda olaraq yaxşı işlədik və indi növbəti testlərə hazırlaşmalıyıq”.

Günter Ştayner, komandanın rəhbəri: “Yaxşı gün oldu. Problemləri vaxtında həll edə bildik. Komanda şəklində əla işlədik. Ümumi olaraq, 4 günü yaxşı keçirdiyimizi deyə bilərəm. Bu qədər məsafə qət edəcəyimizi, açıqcası, gözləmirdik. Çünki yeni komandayıq, hər şey sıfırdan başlayıb…”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 187
Teqlər , , , , ,
Paylaş

logo