19 Noyabr 2017, Bazar - 18:20

H.Marko: “Ferstappendən bir dənədir”

H.Marko: “Ferstappendən bir dənədir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:06 - 04 İyun, 2017

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, sürücü akademiyalarında Ferstappen səviyyəsində sürücü yoxdur.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü keçən il Red Bull komandası ilə çıxdığı ilk yarışda qalib gələrək, Formula1 tarixinin yarış qazanmış ən gənc sürücüsü olmuşdu.

Helmut Marko: “Yeni sürücülər arasında Ferstappen kimi performans göstərənini hələ görməmişəm. GP3-də Niko Kari var. Gələcəkdə güclü sürücü olacağını düşünürük. Nil Verhagen də gələcəkdə uğurlu nəticələr qazana bilər. Lakin Amerikada yarışdığı üçün Avropalı sürücülərlə müqayisə eləmirəm. Keçən il Formula4-də Riçard Verşor var idi, amma hazırda çox pis çıxış edir. Qeyri-stabil nəticələri akademiya olaraq qəbul etmirik. Ümid edirəm ki, yaxın gələcəkdə daha yaxşı çıxış edərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 411
Teqlər , ,
Paylaş

logo