21 Sentyabr 2017, Cümə axşamı - 10:52

Gələn il Monte Karloda pit-leyn yenidən qurulacaq

Gələn il Monte Karloda pit-leyn yenidən qurulacaq

Müəllif: Elçin Zodorov, redaktor

20:05 - 03 İyun, 2017

Monako Qran Prisinin keçirildiyi Monte Karloda gələn il genişmiqyaslı yenidənqurma işləri davam edəcək – gələn il klassik şəhər trası daha geniş və müasir pit-leynə sahib olacaq.

F-1.az Bild-ə istinadən bildirir ki, Knyaz II Alber yenidənqurma işlərini bu ilin may ayına qədər həyata keçirmək istəyirmiş, lakin mühəndislər və inşaatçılar işlərin vaxtında yekunlaşacağına zəmanət vermədiklərindən, işlər 2018-ci ilə təxirə salınıb. Bu il yarış hakimlərinin əyləşdiyi mərkəz yenilənib, podium və ona bitişik podium meydançası yenidən qurulub. Gələn il isə pit-leyn tamamilə yenilənəcək. Layihə 30 milyon avroya başa gələcək.

Monako Avtomobil Klubunun nümayəndəsi Rişar Miku bu xəbəri təsdiqləyib: “Boksların yerində iki mərtəbəli kompleks tikiləcək. Beləliklə, komandaların üzvləri üçün daha geniş yer yaratmış olacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 032
Teqlər , , ,
Paylaş

logo