11 Dekabr 2017, Bazar ertəsi - 07:39

G.Ştayner: “Ferrari, Mercedes və Red Bull qalib gəlməyə davam edəcəklər”

G.Ştayner: “Ferrari, Mercedes və Red Bull qalib gəlməyə davam edəcəklər”

Müəllif: Rauf Hacıyev, redaktor

13:08 - 26 Aprel, 2017

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Mercedes, Ferrari və Red Bull komandaları 2017-ci ildə üstünlüklərini davam etdirəcəklər.

F-1.az xatırladır ki, mövsümün ilk 3 yarışında ancaq öndəki 3 komanda – Ferrari, Mercedes və Red Bull komandaları podiuma yüksələ biliblər.

Günter Ştayner: “Xüsusən də, Mercedes və Ferrari çox sürətlidirlər. Red Bull bir az geridədir, amma orta qrup komandalarından çox öndədirlər. Orta qrupdakı 4 komanda bir-birilərinə çox yaxındırlar, amma ön qrupdakı 3 komandadan çox geridədirlər. Bəs bu dəyişəcək? Ümid edirəm, amma qorxuram ki, mövsümboyu belə davam edər.

Digər komandaların nə etdiyini bilmirəm, amma bizim yaxşı planımız var. Orta qrupdakı rəqiblərimizdən çox geri qalmırıq. Barselonada önəmli yeniliklər edəcəyik. Daha sonra isə aerodinamik boru üzərində işləyəcəyik. Bundan başqa hər yarışa kiçik yeniliklər gətirəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 920
Teqlər , , , ,
Paylaş

logo