23 Sentyabr 2018, Bazar - 05:22

G.Ştayner: “Ferrari bizə çox kömək edir”

G.Ştayner: “Ferrari bizə çox kömək edir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:22 - 04 Aprel, 2017

Mövsümün ilk yarışında xalsız qalsa da, yaxşı performans göstərən Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bu tempi Çində də davam etdirmək istəyirlər.

F-1.az xatırladır ki, Avstraliya QP-nin sıralanma turunda ön qrupdakı 3 komandadan sonra ən yaxşı nəticəni göstərərək 6-cı olan Roman Qrojan yarışda su sızıntısı probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Günter Ştayner: “Şübhələnənlər həmişə olub. Onlara hörmət edirik, amma göstərdiyimiz performansla bu şübhələrin yersiz olduğunu isbatladıq. Sıralanma turunda 6-cı olaraq düzgün işlədiyimizi göstərdik. Ümid edirəm ki, Çində də gözəl performans göstərib xallar qazana bilərik. Təbii ki, Ferrari-nin inkişafımızda rolu böyükdür. Bizə həmişə kömək edirlər və onların hesabına böyük addımlar atdıq. Keçənilki səhvlərimizdən də çox şey öyrəndik və bu təcrübə ilə artıq daha güclüyük. Ümid edirəm ki, mövsümün sonunda daha yaxşı bir yerdə olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 274
Teqlər , , ,
Paylaş

logo