19 Noyabr 2017, Bazar - 18:22

Formula1-ə iki istehsalçı gəlir?

Formula1-ə iki istehsalçı gəlir?

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 18 İyun, 2017

İspaniyanın Marca nəşrinin yazdığına əsasən, Çeyz Keri Le Mana təkcə 24 saatlıq marafonu izləmək üçün getməyib.

F-1.az xatırladır ki, 24 saatlıq Le Man marafonunu Formula1-in yeni rəhbəri Çeyz Keri başlatmışdı. Lakin AS qəzetinin yazdığına əsasən, Çeyzin məqsədi təkcə bu olmayıb. Xəbərdə yazılıb ki, Le Mana McLaren Group-un rəhbəri Zek Braunla idman direktoru Erik Bulye də gediblər.

Keri Toyota və Porsche şirkətlərinin idarəçiləri ilə görüşərək, 2021-ci ildəki mühərrik reqlamenti barədə məlumat verib. Danışıqlarda ucuz, bəsit və yüksək səsli mühərriklərlə bağlı məlumatlar verilib. Porsche və Toyota-dan Keriyə mənfi cavab gəlməyib.

Bəzi iddialara əsasən isə, Zek Braun və Erik Bulye Porsche və Toyota ilə yeni mühərrik müqaviləsi barədə danışıqlar aparıblar. Honda-dan əlini üzən McLaren yeni mühərriklərin gələcəyi 2021-ci ilə qədər Mercedes və ya Renault ilə yarışdıqdan sonra Porsche və ya Toyota mühərriklərindən birinə keçə bilər. McLaren bu müqaviləyə Alonsonu daxil etməklə, ispaniyalı sürücünün gələn il 24 saatlıq Le Man yarışında iştirakına icazə verəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 142
Teqlər , , , , , , ,
Paylaş

logo